Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb İbrama dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək. Yusif atası ilə qardaşlarını Misirdə yerləşdirdi və fironun əmrinə əsasən onlara ölkənin ən yaxşı yerində – Ramses bölgəsində mülk verdi. Çox illər keçdi, Musa böyüdü. Bir dəfə o öz xalqının yanına getdi və onların ağır zəhmətini gördü. Bir Misirlinin onun xalqından olan İbranini döydüyünü gördü. Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. Misir padşahı onlara dedi: «Ey Musa və Harun, nə üçün xalqı işindən ayırırsınız? Gedin, işinizi görün». Sonra firon dedi: «Artıq ölkədə xalq çoxdur, siz isə onları işindən ayırıb istirahət verirsiniz». Həmin gün firon xalqın nəzarətçilərinə və gözətçilərinə əmr edib dedi: Buna görə də İsrail övladlarına söylə: “Mən Rəbbəm. Sizi Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam. Sizi Özümə xalq edəcəyəm və sizin Allahınız olacağam. Onda biləcəksiniz ki, sizi Misirlilərin zülmündən qurtaran Allahınız Rəbb Mənəm. Misirlilər bizimlə pis rəftar etdilər. Bizi zəlil edib üzərimizə ağır işlər yüklədilər. Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
Выбор основного перевода