Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar. Korları tanımadıqları yolla aparacağam, Onlara bilmədikləri yollarda rəhbər olacağam. Qaranlığı qarşılarında işığa, Kələ-kötür yolları düzənliyə çevirəcəyəm. Bu şeyləri onlar üçün edəcəyəm, Onları tərk etməyəcəyəm. Rəbb bütün millətlərin gözləri önündə Müqəddəs qolunu çırmaladı, Yer üzünün qurtaracağınadək hər yer Allahımızın gətirdiyi xilası görəcək. Torpaq zoğlarını necə cücərdirsə, Bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında Salehliyi və həmdi belə yetişdirəcək. Bütün bunlardan sonra, Ya Rəbb, yenə də Özünü saxlayacaqsanmı? Susub bizi nə qədər alçaldacaqsan?
Выбор основного перевода