Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbə sadiq şəhər Necə də fahişəyə bənzər oldu! Axı o, ədalətlə dolu idi, Orada salehlik məskunlaşmışdı, İndi isə qatillərlə doludur! Ey salehlikdən uzaq olan dikbaş insanlar! Məni dinləyin! Ey Yaqub nəsli, İsrail adı ilə çağırılan, Yəhudanın belindən gələn, Rəbbin adı ilə and içən, İsrail Allahının adını etiraf edən, Fəqət buna həqiqətlə və salehliklə əməl etməyən nəsil, Buna qulaq as! Buna görə ədalət bizdən uzaqlaşıb, Salehliyə çata bilmirik. İşıq ümidindəyik, lakin qaranlıqdayıq, Aydınlıq gözləyirik, zülmətdə yeriyirik. «Ey İsrail övladları, Rəbbin sözünü eşidin, Çünki bu ölkədə yaşayanları Rəbb ittiham edir. Sədaqət, məhəbbət, Allahı tanımaq Bu yerdə yox olub.
Выбор основного перевода