Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yaqub firona cavab verdi: «Ömrümün yüz otuz ilini qürbətdə keçirdim, amma ömrüm az və ağır oldu, atalarımın qürbətdəki ömrü qədər uzun olmadı». Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur. Günlərim toxucunun məkikindən də sürətli gedir, Ümidsiz sona çatır. Qadından doğulan insanın ömrü azdır, Həyatı sıxıntı ilə doludur. Çiçək kimi açar, solar, Kölgə kimi keçib-gedər. Gözümün nuru kədərdən qaraldı, Bütün əzalarım kölgə kimi qaldı. Sağıma bax, Özün gör, heç kim məni saymır, Pənah yerim yoxdur, Heç kim qayğıma qalmır. Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək?
Выбор основного перевода