Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Su damcılarını yuxarı qaldırır, Buxarlandırır, yağış yağdırır. Saleh insan Rəbbə görə sevinəcək, Ona pənah gətirəcək. Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək! O, göyləri buludlarla bürüyər, Yer üzünü yağışla təmin edər, Dağlarda ot bitirər. Daha öz-özlərinə demirlər ki, Payız və yaz yağışlarını vaxtında verən, Müəyyən biçin həftələrini bizim üçün qoruyan Allahımız Rəbbə sitayiş edək. Millətlərin bütləri arasında Yağış yağdıra biləni varmı? Göylər leysan tökə bilərmi? Bunu edən Sən deyilsənmi, ya Rəbb Allahımız? Ümidimiz Sənədir. Çünki bütün bu şeyləri Sən etdin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Lakin yenə də Özünü şahidsiz qoymadı. Sizə yaxşılıq edərək göydən yağışlar yağdırır, cürbəcür məhsullar yetişdirən fəsillər bəxş edir, sizi yeməklə doydurur və ürəyinizi sevincə qərq edir».
Выбор основного перевода