Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əyyubun üç dostu – Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar onun başına gələn bütün bəlaları eşidərkən üçü də yaşadıqları yerdən çıxıb bir yerdə görüşdü. Onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər. Temanlı Elifaz belə cavab verdi: Qoy düşmən pis adamların gününə düşsün, Haqsız adamlara nə edilirsə, əleyhdarlarıma da elə edilsin. Elihu Əyyubun üç dostuna görə də hirsindən alışıb-yandı, çünki düzgün cavab tapmayıb Əyyubu günahkar çıxartdılar. O vaxt Əyyub Rəbbə belə cavab verdi: «Bilirəm, Sən hər şeyə qadirsən, Sənin istəyinin qarşısı alınmaz. Soruşdun: “Məsləhəti savadsızcasına ört-basdır edən bu kimdir?” Doğrudan da, bilmədiyim şeylərdən, Əlim çatmadığı heyrətamiz işlərdən danışdım. Dedin: “İndi qulaq as, Mən danışacağam, Sual verəcəyəm, Mənə cavab ver”. Qulaqlarıma sorağın çatmışdı, İndisə Səni gözlərimlə görürəm. Ona görə özümdən zəhləm gedir, Torpağın, külün içində tövbə edirəm».
Выбор основного перевода