Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Məni palçıqdan düzəltdin, bunu xatırla. Yenidən məni torpağa çevirəcəksənmi? Ona görə çürük şey tək məhv oluram. Güvə yemiş paltar kimiyəm. Onlar vaxtı çatmamış çəkilib getdilər, Təməllərini sellər basdı. Mən də Allahın nəzərində sənin kimiyəm, Mən də palçıqdan düzəldilmişəm. Yenə də, ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik. Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq. Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var.
Выбор основного перевода