Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bütün torpaq yanacaq, kükürd və duzla örtüləcək, toxum əkilməyəcək, cücərti görünməyəcək, ot bitməyəcək. Ölkə Rəbbin qızğın qəzəbi ilə yerlə yeksan etdiyi Sodom, Homorra, Adma və Sevoyim kimi viran olacaq. Baxın kasıblar vəhşi eşşəklər kimi Yemək tapmaq üçün ertədən işə çıxır, Övladları üçün çöldə çörək axtarır. Rəbbin əmrini yerinə yetirmədilər, Dediyi xalqları məhv etmədilər. Şəhvətlə havanı iyləyən, səhraya öyrəşmiş vəhşi eşşək kimisən. Qızanda onu kim saxlaya bilər? Onu istəyənlər özlərini yormaz, cütləşmə vaxtı onu tapar. O, çöldəki yulğun ağacı kimi olacaq, Xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə Heç kəs yaşamayan şoranlıqda sakin olacaq. Onlar tənha gəzən vəhşi eşşək kimi Aşşur tərəfə getdi. Efrayim muzdla özünə oynaşlar tutdu.
Выбор основного перевода