Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yuxuda, gecə röyalarında, İnsanlar dərin yuxuya qərq olanda, Yataqda yatanda İnsanın qulağını açır, Xəbərdarlıq edərək onu qorxudur ki, İnsan şər iş görməkdən dönsün, Təkəbbürdən uzaq olsun. İnsanın canını quyudan, Həyatını qılıncla həlak olmaqdan qurtarır, İnsanı yatağında ağrılarla, Sümüklərini kəsilməyən sızıltılarla yola gətirir. Belə ki könlündən yemək keçmir, Ən ləziz yeməkdən iyrənir. Əti tökülür, görünməz hala düşür. Görünməyən sümükləri üzə çıxır. Canı quyuya, Həyatı ölüm mələklərinə yaxınlaşır. İnsana əməlisalehliyini bəyan etmək üçün Min mələyin içindən bir mələk, bir vasitəçi olsa, O zaman Allah ona rəhm edib deyər: “Onu quyuya düşməkdən qurtar, Onun üçün kəffarə tapmışam”. Onda bədəni uşaq bədəni kimi təzə olar, Yeniyetməlik dövrünə qayıdar. Dua edəndə Allah ondan razı qalar, Sevinərək Allahın üzünü görər, Allah onun vəziyyətini düzəldər. Sonra insanların önündə nəğmə söyləyər: “Günah işlədib doğru yoldan azmışdım, Allah mənə layiq olduğum cəzanı vermədi. Canımı quyuya düşməkdən qurtardı, Həyatım nur görəcək”. Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər. Çünki bütün bunları Mənim əlim yaratdı, Hər şey beləcə əmələ gəldi» Rəbb bəyan edir. «Ancaq Mən özünü aşağı tutan və ruhu əzilmiş insana, Sözümün önündə titrəyənə nəzər salaram.
Выбор основного перевода