Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Dəniz bətndən çıxıb fışqırarkən Onu qapılar arasında kim bağladı? Ona buludları libas, Qatı qaranlıqları qundaq etdim. Onun sərhədini çəkdim, Qapı və cəftələrini qoydum. O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan, Qürurlu dalğaların burada dursun”. İşıq məskəninə gedən yol haradadır? Qaranlığın yeri haradadır? Onları yerlərinə apara bilərsənmi? Evlərinin yolunu bilirsənmi? Hansı yolla işıq yayılar, Yer üzündə şərq küləyi qopar? Göyləri yaradanda, Dərinliyin üzü üstündə bir dairə çəkəndə, Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, Yerin bünövrələrini təyin edəndə Məndən qorxmursunuzmu?» Rəbb belə bəyan edir. «Mənim qarşımda titrəmirsinizmi? Axı Mən əbədi qayda ilə Dəniz üçün qumu sərhəd qoydum, Dəniz bu sərhədi keçə bilməz. Dalğaları coşsa da, Üstün gələ bilməz. Nərə çəksə də, keçə bilməz.
Выбор основного перевода