Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Həmçinin insan öz vaxtını bilmir. Balıqlar amansız bir tora, Quşlar tələyə düşdüyü kimi İnsanlar da pis bir zəmanəyə düçar olur, Onda pis zəmanə qəfildən başlarının üstünü alır. Çünki o gün Ordular Rəbbi Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq. O gün Ordular Rəbbi Xudavəndin günüdür, Düşmənlərindən qisas alması üçün Qisas günüdür. Onları qılınc yeyib-doyacaq, Qanlarını içib susuzluğunu yatıracaq. Çünki şimal ölkəsində, Fərat çayı sahilində Ordular Rəbbi Xudavənd qurban kəsir. Vay o günə! Budur, Rəbbin o günü yaxındır, O gün Külli-İxtiyar fəlakət gətirəcək. Sionda şeypur çalın, Müqəddəs dağımda bərkdən çalın. Qoy ölkənin bütün əhalisi titrəsin, Çünki Rəbbin günü gəlir, Həmin gün yaxındadır. Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər! Rəbbin günü siz nə əldə edəcəksiniz? İşıq yox, qaranlıq.
Выбор основного перевода