Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Məgər O, yollarıma baxmır? Məgər O hər addımımı saymır? Çöl öküzü sənə xidmət etmək istəyərmi? Gecəni sənin axurunda keçirərmi? Torpağın şırımlarını sulayırsan, Aralarını bərkidirsən, Gur yağışla torpağını yumşaldırsan, Məhsuluna bərəkət verirsən. Bütün qəlbimlə Sənə şükür edirəm, «Allahlar»ın önündə Səni tərənnüm edirəm. Müqəddəs məbədinə tərəf səcdə edirəm, Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm. Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan. Səni çağıranda mənə cavab vermisən, Canıma taqət verib məni ürəkləndirmisən. Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər, Çünki ağzından çıxan kəlamları eşidiblər. «Qalan üçdə birini oda salacağam, Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm. Qızılı yoxlayan kimi yoxlayacağam. Onlar Mənim adımı çağıracaq, Mən də onlara cavab verib “Bunlar Mənim xalqımdır” deyəcəyəm, Onlar da “Rəbb Allahımızdır” deyəcək. belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir.
Выбор основного перевода