Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allahın qəzəb günündə Azğın sellər sərvətini aparacaq. Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, Xariqələrin yeganə yaradanına! Onun şərəfli ad-sanına əbədi alqış olsun, Bütün yer üzü Onun izzətinə bürünsün! Amin! Amin! Rəbb hər şeyi məqsədinə müvafiq yaradıb, O, pis insanı bəla günü üçün yaradıb. Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir. Amma sən Allahın qəzəbinin və ədalətli hökmünün zahir olacağı gün inadkarlığına və tövbə etməyən ürəyinə görə özün üçün qəzəb toplayırsan;
Выбор основного перевода