Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İnsanlar sərhəd daşlarını qaldırır, Sürüləri oğurlayıb otarır. Yetimlərin eşşəyini əlindən alır, Dul qadının öküzünü girov götürür. Yoxsulları yoldan çıxarır, Ölkədəki fəqirlərin hamısı gizlənməyə məcbur olur. İnsanlar ağır təzyiq altında fəryad edir, Güclülərə qarşı yardım istəyir. Yer qalmayana qədər evi evə, Tarlanı tarlaya birləşdirənlərin vay halına! Yaşamağa yer qoymamısınız, Məgər bu ölkədə tək siz yaşayırsınız?
Выбор основного перевода