Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gündüzləri qaranlığa dönür, Günorta onlara gecə kimi görünür, Onlar kor kimi əl sürtə-sürtə gəzir. Gedər-gəlməz yerə, Zülmət və ölüm kölgəsi diyarına, Qatı qaranlıq diyarına, Ölüm kölgəsi, qarışıqlıq diyarına, İşığı qaranlıq olan diyara getməzdən əvvəl”». Şərq küləyi onu qaldırıb sovuracaq, Onu öz yerindən süpürüb aparacaq. Ona qarşı amansız küləklər əsəcək, O isə yelin əlindən qaçmağa cəhd edəcək. Külək onu ələ salaraq əl çalacaq, Öz yerindən onun üçün vıyıldayacaq. Pislərin nuru batırılar, Qaldırdıqları qolları qırılar.
Выбор основного перевода