Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Dünənki övladlarıq, heç nə bilmirik. Bu dünyada ömrümüz sadəcə bir kölgədir. Gözümün nuru kədərdən qaraldı, Bütün əzalarım kölgə kimi qaldı. Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin, Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin. Göydə Rəbbin tayı-bərabəri varmı? İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı? Millətlər Rəbbin ismindən, Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar. Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək? Səs deyir: «Bəyan et!» «Nəyi bəyan edim?» deyə soruşdum. «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir. Rəbb nəfəsini üzərinə üfürəndə Ot quruyar, çiçək solar, Həqiqətən, bu xalq ota oxşar. varlı qardaşsa öz həqirliyi ilə fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək. Ona görə ki «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir. Ot quruyar, çiçək tökülər,
Выбор основного перевода