Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Palçıq evlərdə yaşayanlara, Mayası torpaqdan olanlara, Güvədən də tez əzilənlərə O güvənərmi? Mənə kömək edən Xudavənd Rəbdir. Kim məni təqsirkar çıxara bilər? Rəqiblərimin hamısı paltar kimi köhnələcək, Onları güvə yeyib məhv edəcək. Başınızı qaldırıb göylərə nəzər salın, Aşağıya, yer üzünə baxın. Çünki göylər dağılacaq tüstü kimi, Yer üzü paltar kimi köhnələcək. Beləcə yer üzünün sakinləri də qırılacaq. Lakin Mənim xilasım əbədidir, Salehliyim sonsuzdur. Onlar güvənin yediyi paltar kimi məhv olacaq, Qurdun yediyi yun kimi məhv olacaq. Lakin Mənim salehliyim əbədidir, Qurtuluşum nəsillər boyu duracaqdır. Var-dövlətiniz çürüyüb, paltarlarınızı da güvə yeyib.
Выбор основного перевода