Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Axitofel görəndə ki işlər onun məsləhətinə görə edilməyib, eşşəyinin üstünə palan vuraraq yola çıxdı və öz şəhərinə, öz evinə getdi. Ev işlərini nizama salandan sonra özünü asıb öldürdü və onu atasının qəbri yanında basdırdılar. Özləri üçün viranə şəhərləri tikən Dünya padşahları və müşavirlərlə, Dünya pislərə təslim edilib, Dünya hakimlərinin gözünü bağlayan Odur. O deyilsə, bəs kimdir? Şərəfimi əynimdən soyundurub, Başımdan tacı götürüb. Ona görə Mən bir də bu xalq üçün Yeni möcüzə, ecazkar şeylər edəcəyəm, Müdriklərinin müdrikliyi məhv olacaq, Aqillərinin ağlı yox olacaq». Rəbb padşahları heç edər, Dünya hökmdarlarını heçə endirər. Necə ki yazılıb: «Müdriklərin müdrikliyini məhv edəcəyəm, Aqillərin ağlını yox edəcəyəm».
Выбор основного перевода