Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Kaş ki ötən aylar geri dönəydi – Allahın məni qoruduğu, Çırağının başım üstə işıq saçdığı, Nuru ilə qaranlıqda gəzdiyim günlər. Kaş ki həyatımın çiçəkli günləri geri dönəydi – Mənə yar olan Allahın çadırımı qoruduğu, Külli-İxtiyarın hər vaxt mənimlə olduğu, Övladlarımın ətrafımda dolandığı, Yollarımın südlə yuyulduğu, Yanımdakı qayadan zeytun yağı axdığı günlər. Əgər bol sərvətimə görə, Əlimin gəlirinin çoxluğuna görə sevinmişəmsə, Qoy bütün dünya Rəbdən qorxsun, Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin. Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər. Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
Выбор основного перевода