Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4
Параллельные места
Onun qanunlarını, ataları ilə bağladığı əhdini və onlara etdiyi xəbərdarlıqları rədd etmişdilər. Boş şey dalınca gedib boş adamlar olmuşdular. Rəbb «ətrafınızdakı millətlər kimi etməyin» deyib əmr etdiyi halda onlar kimi davranmışdılar. Ya Rəbb, lütfünlə məni Bir dağ kimi möhkəm etdin. Sonra məndən üz gizlətdin, Canıma vəlvələ düşdü. Rəbb belə deyir: “Atalarınız Məndə nə haqsızlıq tapdılar ki, Məndən uzaqlaşdılar və puç bütlər ardınca getdilər, Özləri də puç adam oldular. “Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər. Bütlərə səcdə edənlərin hamısı Ağılsız və axmaqdır, Boş şeylərdən təlim alırlar. Büt bir ağacdır! Ya Rəbb, qüvvətim və qalam, Sıxıntı günündə sığınacağım! Millətlər yer üzünün qurtaracağınadək hər yerdən Sənin yanına gəlib deyəcək: «Atalarımız saxta və puç bütlərə – Heç bir fayda görmədikləri şeylərə varis oldu.
Выбор основного перевода