Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İsraillilər pusquda duranları Giveanın ətrafında yerləşdirdilər. Üçüncü gün yenə İsrail övladları Binyamin övladlarına qarşı çıxdılar və əvvəlki kimi Giveaya qarşı düzüldülər. Binyamin övladları da bu xalqa qarşı çıxdılar və şəhərdən kənara çəkildilər. Əvvəlki kimi onlar İsrailliləri qırmağa başladılar. Bet-Elə və Giveaya gedən əsas yollarda otuz nəfər İsrailli qırıldı. Binyamin övladları dedilər: «Əvvəlki kimi onlar yenə də qarşımızda məğlub olur». İsrail övladları isə dedilər: «Qaçaq, onları şəhərdən uzağa əsas yollara çıxardaq».
Выбор основного перевода