Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Lavan dedi: «Bu qalaq bu gün mənimlə sənin aranda şahiddir». Buna görə də onun adı Qaleddir. Bu qalaq və sütun şahid olsunlar ki, nə mən sənin tərəfinə – qalağın o tayına gedəcəyəm, nə də sən pislik etmək üçün mənim tərəfimə – qalağın və sütunun bu tayına gələcəksən. bizimlə sizin aranızda və sonrakı nəsillərimiz arasında şahid olmaq üçündür. Ta ki biz də yandırma qurbanlarımız, başqa qurbanlarımız və ünsiyyət qurbanlarımızla Rəbbin hüzurunda Ona xidmət edək. Sabah sizin övladlarınız da bizim övladlarımıza “Rəbdə sizin payınız yoxdur” deməsinlər. Yeşua bütün xalqa dedi: «Budur, bu daş bizə qarşı şahid olacaq, çünki Rəbbin bizə dediyi bütün sözləri o eşitdi. Qoy bu daş Allahınızı inkar etməmək üçün sizə qarşı şahid olsun».
Выбор основного перевода