Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Amram bibisi Yokevedi arvad olaraq aldı; arvadı ona Harunu və Musanı doğdu. Amram yüz otuz yeddi il ömür sürdü. Harun Naxşonun bacısı Amminadavın qızı Elişevanı arvad aldı; arvadı ona Nadavı, Avihunu, Eleazarı və İtamarı doğdu. Adbaad Levi oğulları bunlardır: Gerşon, Qohat və Merari. Nəsillərinə görə Gerşonun nəsil başçısı olan oğullarının adları belədir: Livni və Şimey. Qohatın nəsil başçısı olan oğulları: Amram, İshar, Xevron və Uzziel. Merarinin nəsil başçısı olan oğulları: Maxli və Muşi. Ailələrinə görə Levi nəsilləri bunlardır. İsrail övladları Musa vasitəsilə Rəbbin əmr etdiyinə görə bu şəhərləri və onların otlaqlarını püşk ilə Levililərə verdilər. Harun övladlarının, kahinlərin bütün şəhərləri otlaqları ilə birgə on üç şəhər idi.
Выбор основного перевода