Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şərq sərhədi İordan çayının mənsəbindən Duz dənizi boyunca idi. Şimal tərəfdən isə bu sərhəd İordan çayının mənsəbində yerləşən su körfəzindən başlayırdı. Sonra bu sərhəd Bet-Xoqlaya qalxaraq Bet-Aravanın şimalından keçirdi və Ruven oğlu Bohanın qayasına çatırdı. Sonra isə Akor dərəsindən Devirə çıxıb oranın cənubundakı Adummim yoxuşu qarşısında olan Qilqala doğru, şimala yönəlirdi. Buradan isə En-Şemeş sularına keçirdi və onun sonu En-Rogeldə qurtarırdı. Sonra sərhəd Ben-Hinnom dərəsindən cənuba doğru Yevusluların şəhərinin, yəni Yerusəlimin arxasından keçib buradan Refaim vadisinin şimal qütbündə olan Hinnom dərəsinin qərbindəki dağın təpəsinə qalxırdı. Bu dağın təpəsindən isə Neftoah sularının mənbəyinə doğru uzanıb Efron dağındakı şəhərlərə çıxır və oradan Baalaya, yəni Qiryat-Yearimə tərəf uzanırdı.
Выбор основного перевода