Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yusif ilk oğlunun adını Menaşşe qoydu, çünki demişdi: «Allah bütün zəhmətimi və atamın evindəkilərin hamısını mənə unutdurdu». Buna görə də atasına dedi: «Ata, ilk oğul Menaşşedir, sağ əlini onun başına qoy. Belə düz deyil». O, Efrayimin üç nəsil övladlarını gördü. Menaşşenin oğlu Makirin övladları da Yusifin yanında doğuldu. Menaşşe övladları bunlardır: Makir soyundan Makir nəsli, Makir Gileadın atası idi; Gilead soyundan Gilead nəsli; Menaşşe oğlu Makirin övladları Gileada girib oradakı Emorluları qovdular və oranı ələ keçirdilər. Musa Gileadı Menaşşe oğlu Makirin nəslinə verdi. Onlar orada məskən saldılar. Gileadın qalan hissəsini, Oqun ölkəsi olan bütün Başanı Menaşşe qəbiləsinin yarısına verdim. Başanda olan bütün Arqov diyarına Rafalılar ölkəsi deyilirdi. Gileadı Makirə verdim. Menaşşenin oğulları: Aramlı cariyəsinin doğduğu Asriel, həmin qadının doğduğu Gileadın atası Makir.
Выбор основного перевода