Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иисус Навин
Параллельные места
Amma Rəbb sizin kimi soydaşlarınıza da rahatlıq verənə qədər, Rəbbin İordan çayının şərqində onlara verdiyi torpağı mülk olaraq alana qədər arvadlarınız, uşaqlarınız və heyvanlarınız – bilirəm ki, çox heyvanlarınız var – sizə verdiyim şəhərlərdə qalsınlar. O zaman Yeşua Ruvenliləri, Qadlıları, Menaşşe qəbiləsinin yarısını çağırıb dedi: «Siz Rəbbin qulu Musanın əmr etdiyi hər şeyə əməl etdiniz və mənim sizə əmr etdiyim hər şeydə sözümə qulaq asdınız. Bu günə qədər keçən uzun müddət ərzində soydaşlarınızı tərk etmədiniz və Allahınız Rəbbin sizə buyurduğu işlərə əməl etdiniz. Ona görə də Allahınız Rəbb soydaşlarınıza vəd etdiyi kimi əmin-amanlıq verdi. İndi Rəbbin qulu Musanın İordan çayının o tərəfində sizə mülk olaraq verdiyi torpağa, öz çadırlarınıza qayıdın.
Иисус Навин
Выбор основного перевода