Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Siz əl açıb Mənə yalvaranda Göz yumacağam. Nə qədər çox dua etsəniz də, Yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur, Buna görə də Rəbb belə deyir: “Mən onların üzərinə bəla gətirəcəyəm və onun içindən çıxa bilməyəcəklər. Onlar Mənə üz tutub fəryad edəcək, amma Mən onları eşitməyəcəyəm. Xudavənd Rəbb bəyan edir: «Buna görə də, Varlığıma and olsun, bütün iyrənc və murdar şeylərinlə Müqəddəs məkanımı murdarladığın üçün Mən hökmən səni qırıb-çatacağam, sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Beləcə hədsiz qəzəbimi göstərəcəyəm, onların üzərində qızğınlığımı söndürüb sakitləşəcəyəm. Onlara hədsiz qəzəbimi göstərəndə biləcəklər ki, Mən Rəbb qısqanclıqdan onlara belə söylədim. Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. Sonra o biri adamlara bunu dediyini eşitdim: «Onun ardınca şəhəri gəzin və adamları qırın, yazığınız gəlməsin və rəhm etməyin. Mənim də onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, əməllərinin əvəzini başlarına gətirəcəyəm». Gün gələcək, Rəbbə fəryad edəndə O sizə cavab verməyəcək. O zaman Rəbb üzünü sizdən gizlədəcək, Çünki əməlləriniz pis olub». Ordular Rəbbi deyir: “İndi ki Mən onları çağıranda qulaq asmadılar, onlar da çağıranda Mən qulaq asmayacağam.
Выбор основного перевода