Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O, məbəd üçün qəfəslə bağlı pəncərələr düzəltdi. Məbədin divarlarına içəridən sidr taxtalarla örtük vurdu və məbədin döşəməsini şam ağacından olan taxtalarla örtdü. Beləcə məbədi döşəməsindən divarlarına və tavanına qədər ağacla örtdü. Darvazanın içəri tərəfinin hər yanında keşikçi otaqlarının və bölmə divarlarının içəriyə baxan qəfəsli pəncərələri var idi. Eyvanlarda da belə idi. Hər yanın içəri tərəfindən pəncərələr var idi. Bölmə divarları üzərində xurma ağacı təsvirləri var idi. O adam məbədin arxasındakı açıq sahəyə baxan tikilinin və hər iki tərəfindəki dəhlizlərin uzunluğunu ölçdü: yüz qulac idi. Məbədin əsas hissəsi, iç otaq, həyətə baxan eyvan, Divarlar üzərində olduğu kimi əsas hissənin qapılarında da keruv və xurma ağaclarının oyma təsvirləri düzəldilmişdi. Bayırda, eyvanın önündə ağacdan olan bir asma tavan var idi. Eyvanın yan divarlarındakı qəfəsli pəncərələrin hər iki tərəfi xurma ağaclarının oyma təsvirləri ilə örtülmüşdü. Məbədin yan otaqları ilə asma tavanları da bu cür idi. İçəri həyətin iyirmi qulaclıq hissəsi ilə bayır həyətin daş yoluna baxan üç mərtəbənin dəhlizləri qarşı-qarşıya idi. Tikilinin üst mərtəbədəki otaqları alt və orta mərtəbədəki otaqlardan daha dar idi, çünki üst mərtəbədəki dəhlizlər daha çox yer tuturdu.
Выбор основного перевода