Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bunlar yuxarıdan üzərimizə Ruh tökülənədək davam edəcək. O vaxt səhra məhsuldar tarlaya, Məhsuldar tarla isə meşəyə dönəcək. Susamış torpağı sulayacağam, Quru torpağa sellər axıdacağam, Övladlarına Ruhumu ehsan edəcəyəm, Nəslinə xeyir-duamı verəcəyəm. Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz. Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz. Sizi öz torpağınıza yerləşdirəcəyəm. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm” Rəbb belə bəyan edir». Ondan sonra isə Bütün bəşər üzərinə Ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Ağsaqqallarınız röyalar, Cavanlarınızsa görüntülər görəcək. Davud nəsli və Yerusəlimdə yaşayanların üzərinə lütf və yalvarış ruhunu tökəcəyəm. Onlar Mənə – bədənini deşdikləri şəxsə baxacaq və vahid oğluna yas tutan adam kimi ona yas tutacaq, ilk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək. Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Cavanlarınız görüntülər, Ağsaqqallarınızsa röyalar görəcək.
Выбор основного перевода