Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey bizi qurtaran Allah, İsmin şərəfinə Sən bizə yardım et, Günahlarımızı kəffarə edərək İsmin naminə Sən bizi xilas et. Niyə millətlər «Hanı onların Allahı?» desinlər? Qullarının tökülən qan qisasının alınmasını Qoy gözümüz görsün, millətlər də bilsinlər. Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın, Ölümə aparılanları böyük qüdrətinlə qoru. Ey Xudavənd, Sənə tənə vuran bizim qonşuların Tənələrini yeddi qat artıq kökslərinə qaytar. Buna görə də Xudavənd Rəbb belə deyir: “Meşə ağacları arasında üzüm tənəyini yanan şey kimi necə oda verdimsə, Yerusəlimdə yaşayanları da eləcə oda atacağam.
Выбор основного перевода