Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əgər bir saleh adam öz salehliyindən dönüb pislik etsə və Mən onun qarşısına maneə qoysam, o öləcək. Ona xəbərdarlıq etmədiyin üçün o adam öz günahı içində öləcək və etdiyi saleh əməlləri hesaba alınmayacaq, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam. Sən ey bəşər oğlu, xalqına mənsub olanlara söylə: “Üsyan etdiyi halda salehin salehliyi onu xilas etməz. Pis adama gəlincə, o öz pisliyindən dönərsə, bundan ötrü həlak olmaz. Saleh adam günah etdiyi halda öz salehliyi ilə yaşaya bilməz. Saleh adama ‹əlbəttə, yaşayacaqsan› dediyim zaman o öz salehliyinə güvənib pislik edərsə, saleh işlərindən heç biri yada salınmayacaq və etdiyi pisliyə görə öləcək. Saleh adam öz salehliyindən dönüb pislik edərsə, bundan ötrü öləcək. Rəbbimiz və Xilaskarımız İsa Məsihi tanımaqla dünyanın çirkabından qaçdıqdan sonra yenə həmin işlərlə məşğul olub məğlub olarlarsa, son vəziyyətləri əvvəlkindən betər olar. Çünki salehlik yolunu tanıyıb özlərinə əmanət edilən müqəddəs əmrdən geri dönməkdənsə bu yolu tanımamaq onlar üçün daha yaxşı olardı.
Выбор основного перевода