Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi və Rəbb onları hüzurundan kənar etdi. Sidqiya Babil padşahına qarşı üsyan etdi. Həm də Allahın adı ilə onu and içdirmiş padşah Navuxodonosora qarşı üsyan etdi, dikbaşlıqla İsrailin Allahı Rəbbə tərəf dönmək istəməyib ürəyini inadkar etdi. Rəbb bəyan edir: «Bu dikbaş övladların vay halına, Mənim niyyətlərimi yox, öz niyyətlərini qururlar, Ruhuma uyğun olmayan razılaşma edirlər, Eləcə günahı günaha qatırlar. Məndən məsləhət almadan Misirə gedirlər, Fironun himayəsini axtarırlar, Misirin kölgəsi altında sığınacaq tapırlar. Fəqət fironun himayəsi Onlar üçün xəcalətə, Misir kölgəsi altındakı Sığınacaq rüsvayçılığa çevriləcək. Başçıları Soanda olduqlarına, Elçiləri Xanesə yetişdiklərinə baxmayaraq, Kömək üçün Misirə enənlərin, Atlara güvənənlərin vay halına! Onlar döyüş arabalarının çoxluğuna, Süvarilərin gücünə bel bağlayır! Amma İsrailin Müqəddəsinə baxmırlar, Rəbbi axtarmırlar! Lakin Rəbb tam hikmətə malikdir, O bəla gətirər, Öz sözlərini geri götürməz, Pislik edən adamlara, Günahkarlara kömək edənlərə qarşı çıxar. Misirlilər Allah deyil, insandır, Atları da ətdəndir, ruhdan deyil. Rəbb Öz əlini uzadanda Yardım edən büdrəyəcək, Yardım alan yıxılacaq, Hamısı birlikdə məhv olacaq. Bu zaman fironun qoşunları Misirdən çıxmışdı. Yerusəlimi mühasirəyə alan Xaldeylilər bu barədə xəbər eşidən kimi Yerusəlimdən çəkildi. O vaxt Yeremya peyğəmbərə Rəbbin bu sözü nazil oldu: «İsrailin Allahı Rəbb belə deyir: “Məndən soruşmaq üçün sizi yanıma göndərən Yəhuda padşahına söyləyin ki, sizə kömək etməyə çıxan fironun ordusu öz ölkəsinə – Misirə qayıdacaq. Bəli, Xudavənd Rəbb belə deyir: “Sən əhdi pozub anda xor baxdın. Buna görə də sən necə etdinsə, Mən də sənə elə edəcəyəm.
Выбор основного перевода