Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Mən Xudavənd, Fəratın coşan qüdrətli sularını – Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm. Bu sular öz yataqlarından yuxarı qalxaraq aşıb-daşacaq. Ey darvaza, fəryad et! Ey şəhər, ağla! Ey bütün Filiştlilər, başdan-başa əriyin! Çünki şimaldan tüstü gəlir, Düşmən əsgərləri nizamı pozmadan gəlir». Buna görə Divon xalqı ağlamaq üçün məbədə, Səcdəgahlara çıxdı. Moav xalqı Nevo və Medva üçün fəryad edir. Yas tutmaq üçün hamı saçını kəsdi, Saqqalını qırxdı. Çula bürünərək küçələrdə, Damlarda, meydanlarda hər kəs fəryad edir, Göz yaşları sel kimi axır. Xeşbon və Elale fəryad edir, Səsləri Yahsaya qədər eşidilir. Buna görə Moav əsgərləri nalə çəkir, Ürəkləri qorxu içindədir. Ürəyim Moav üçün kədərlənir, Oranın qaçqınları Soara, Eqlat-Şelişiyaya doğru qaçdı. Luxit yoxuşundan ağlayaraq çıxırlar. Xoronayim yolunda məhv olduqları üçün ağlayırlar. Millətlər sənin rüsvayçılığını eşitdi, Fəryadın yer üzünü bürüdü. Çünki döyüşçü döyüşçünü büdrətdi, İkisi də birdən yıxıldı». Misir çox gözəl bir düyədir, Ancaq şimaldan üstünə mozalan gəlir. Misir utandırılacaq, Şimal xalqına təslim ediləcək”. Mələk mənə dedi: «Fahişənin üzərində oturduğunu gördüyün sular – xalqlar, kütlələr, millətlər və dillərdir.
Выбор основного перевода