Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki Mən şimal ölkələrinin bütün tayfalarını çağıracağam» Rəbb belə bəyan edir. «Hər biri gəlib öz taxtını Yerusəlim darvazalarının girişində, Onun bütün darvazalarının ətrafında Və bütün Yəhuda şəhərlərində quracaq. Mən də bütün şimal tayfalarını və qulum Babil padşahı Navuxodonosoru çağıracağam”. Bu, Rəbbin sözüdür. “Onları bu ölkənin, burada yaşayanların və bütün ətraf millətlərin üstünə gətirəcəyəm. Bunları tamamilə məhv edəcəyəm, ölkəni dəhşət və rişxənd hədəfinə çevirəcək, əbədi bir xarabalığa döndərəcəyəm. Bütün bu ölkə xarabaya, dəhşətli bir yerə çevriləcək. Bu millətlər Babil padşahına yetmiş il qulluq edəcək”. dünyanı da, yer üzündə olan insanı da, heyvanı da böyük gücümlə və uzanan qolumla Mən yaratdım və kimə istəsəm, ona da verərəm. Bəli, bütün bu ölkələri Babil padşahı qulum Navuxodonosorun ixtiyarına verirəm. Hətta vəhşi heyvanları da xidmət etmək üçün ona verirəm. Efrayim əziz oğlum deyilmi? Mənim razı olduğum övlad deyilmi? Hər dəfə əleyhinə danışanda Yenə onu yadıma salıram. Ürəyim onun üçün sızlayır, Ona hədsiz rəhmim gəlir» Rəbb belə bəyan edir.
Выбор основного перевода