Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yerusəlimi qılınc, aclıq və vəba ilə necə cəzalandırdımsa, Misir torpağında yaşayanları da eləcə cəzalandıracağam. Sakin olmaq üçün Misir torpağına gələn Yəhudanın sağ qalanlarından heç kəs qaçıb qurtarmayacaq, heç kəs salamat qalıb Yəhuda torpağına qayıtmayacaq. Oraya qayıdıb sakin olmaq istəsələr də, bir neçə qaçqından başqa qayıdan olmayacaq”». Az sayda adam qılıncdan qurtarıb Misir torpağından Yəhuda torpağına qayıdacaq. Misir torpağına sakin olmağa gələn Yəhuda xalqından sağ qalanların hamısı o zaman biləcək ki, kimin sözü yerinə yetdi, Mənimki yoxsa onlarınkı? Qorxduqlarımı hər yandan çağırmısan, Elə bil bayrama dəvət etmisən. Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı, Onların arasından sağ qalan olmadı, Sevə-sevə övlad böyütmüşdüm, Onları düşmənim həlak etdi. Uzaqda olan vəbadan öləcək, yaxında olan qılıncla həlak olacaq, mühasirə zamanı sağ qalan aclıqdan öləcək, Mən onlara hədsiz qəzəbimi göstərəcəyəm. Çünki Xudavənd Rəbb belə deyir: “Hələ Mən Yerusəlimdən insanı və heyvanı silib atmaq üçün dörd ağır cəzamı – qılıncı, aclığı, vəhşi heyvanları və vəbanı onun üzərinə göndərəndə daha nələr olacaq!
Выбор основного перевода