Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sənin bütün arvadların və oğulların Xaldeylilərə təslim ediləcək. Özün də onların əlindən qaçıb qurtara bilməyəcəksən, Babil padşahı səni ələ keçirəcək. Bu şəhər də yandırılacaq». Çöldə olan bütün qoşun başçıları və onların adamları eşitdi ki, Babil padşahı, Axiqam oğlu Gedalyanı ölkəyə başçı qoymuş və ölkənin yoxsul əhalisindən Babilə sürgün olunmamış kişiləri, qadınları və uşaqları onun ixtiyarına vermişdir. Moavda, Ammonlular arasında, Edomda və başqa ölkələrdə olan bütün Yəhudilər Babil padşahının Yəhudada müəyyən sayda əhali saxladığını və Şafan oğlu Axiqam oğlu Gedalyanı onlara başçı qoyduğunu eşitdi. Yəhudilərin hamısı sürgün olunduqları bütün yerlərdən qayıtdı. Yəhuda torpağına, Mispada olan Gedalyanın yanına gəldilər, çoxlu şərab və yay meyvələri topladılar. ona dedi: «Ammonluların padşahı Baalisin sənin canını almaq üçün Netanya oğlu İsmaili göndərdiyini bilirsənmi?» Ancaq Axiqam oğlu Gedalya onlara inanmadı. kişiləri, qadınları, uşaqları, padşahın qızlarını, keşikçilər rəisi Nevuzaradanın Şafan oğlu Axiqam oğlu Gedalyanın yanında qoyduğu hər kəsi, Yeremya peyğəmbəri və Neriya oğlu Baruku götürüb getdilər.
Выбор основного перевода