Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allahımız Rəbbin sözünə qulaq asmadıq, Öz qulları peyğəmbərlər vasitəsilə bizə verdiyi qanunlarına əməl etmədik. Bütün İsraillilər Sənin qanununu pozub azdı, Sənin sözünə qulaq asmadı. Buna görə də Allahın qulu Musanın Qanununda yazılmış lənət başımıza yağdı və and yerinə yetdi, çünki Ona qarşı günah etdik. O da başımıza böyük bəla gətirərək bizə və hökm edən hakimlərimizə qarşı dediyi sözləri yerinə yetirdi, çünki Yerusəlimə gələn bəla göylər altında olan heç bir yerə gəlməyib.
Выбор основного перевода