Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Axav İlyasın etdiyi bütün işləri və onun necə bütün peyğəmbərləri qılıncla öldürdüyünü İzevelə danışdı. İzevel İlyasın yanına qasid göndərib dedi: «Sabah bu vaxt mən səni onların gününə salmasam, qoy allahlar mənə beləsini və bundan betərini etsin». İlyas bunu görüb canını qurtarmaq üçün Yəhudada olan Beer-Şevaya getdi. Nökərini orada qoyub, özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüm diləyib dedi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm». O, süpürgə ağacının altında uzanıb yuxuya getdi. Bu zaman bir mələk ona toxunub dedi: «Qalx yemək ye!» İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən bir kökə və bir bardaq su var. O yeyib-içdi və yenə yuxuya getdi. Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi: «Qalx yemək ye, çünki çox uzun yol gedəcəksən». O qalxdı və yeyib-içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə qədər getdi. Səni bu xalq üçün Möhkəm tunc bir divar edəcəyəm. Sənə qarşı döyüşəcəklər, Ancaq qalib gələ bilməyəcəklər. Çünki Mən səninlə olacağam ki, Səni qurtarıb azad edim» Rəbb belə bəyan edir. «Səni pis adamların əlindən azad edəcəyəm, Zülmkarların pəncəsindən satın alacağam». Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Neriya oğlu Baruk, Yeremyanın dediyi bu sözləri kitaba yazanda Yeremya peyğəmbər ona belə söylədi: «Ey Baruk, sənin barəndə İsrailin Allahı Rəbb belə deyir: “Sən dedin ki, vay mənim halıma! Çünki Rəbb dərdlərimə kədər də qatdı, iniltimdən yoruldum, rahatlıq tapmıram”.
Выбор основного перевода