Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Əgər qoyulan bu qayda-qanunlar Önümdən götürülərsə, Yalnız onda İsrail nəsli əbədilik Bir millət olmaqdan çıxar» Rəbb belə bəyan edir. Rəbb belə deyir: «Əgər yuxarıda göylər ölçülə bilsə, Aşağıda yerin təməlləri üzə çıxarıla bilsə, Mən də onda bütün etdikləri işlərdən ötrü Bütün İsrail nəslini rədd edərəm» Rəbb belə bəyan edir. Dünya durduqca Əkin-biçin, isti-soyuq, Yay-qış və gecə-gündüz Sona yetməyəcək». «Bu Mənim üçün sanki Nuhun dövründə baş verən daşqındır, Nuhun dövründəki daşqının suları Bir daha yer üzünü örtməyəcəyi barədə necə and içmişdimsə, İndi də and içirəm ki, Sənə qəzəblənməyəcəyəm, səni məzəmmət etməyəcəyəm.
Выбор основного перевода