Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bütün bu hadisələr – qarşınıza qoyduğum xeyir-dua və lənət başınıza gələndə Allahınız Rəbbin sizi səpələdiyi millətlər arasında bunları xatırlayacaqsınız. Siz və övladlarınız Allahınız Rəbbə tərəf dönüb bu gün sizə əmr etdiyim hər işdə Onun sözünü bütün qəlbinizlə və bütün varlığınızla qulağınızda saxlasanız, Allahınız Rəbb sizə rəhm edib əsirlikdən geri qaytaracaq, sizi yenidən səpələdiyi bütün xalqların arasından toplayacaq. Səpələnib göyün altındakı ən ucqar ölkəyə düşsəniz belə, Allahınız Rəbb sizi oradan yığıb geri qaytaracaq. Sizi atalarınıza irs olaraq verdiyi torpağa qovuşduracaq. Oranı yenə də irs olaraq alacaqsınız, Allahınız Rəbb sizə xoş güzəran verəcək və sizi atalarınızdan da artıq çoxaldacaq. Allahınız Rəbb sizin ürəyinizi və övladlarınızın ürəklərini sünnət edəcək ki, Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və yaşayasınız. Allahınız Rəbb bütün bu lənətləri isə sizə nifrət və zülm edən düşmənlərinizin üzərinizə tökəcək. Siz yenə Rəbbin sözünə qulaq asacaq və bu gün sizə buyurduğum bütün əmrlərini yerinə yetirəcəksiniz. Onda Allahınız Rəbb əlinizdə olan hər işinizi uğurlu edəcək, sizə çoxlu övlad, heyvanlarınıza çoxlu bala, torpaqlarınıza bol məhsul verəcək. Rəbb atalarınıza yaxşılıq etməkdən necə razı qalırdısa, sizə də yaxşılıq etməkdən elə razı qalacaq. Bir şərtlə: Allahınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Rəbbə tərəf dönün. Ya Rəbb, xeyirxahlara, Ürəyidüz olan insanlara xeyirxahlıq et! Qorxma, Mən səninləyəm, Nəslindən olanları şərqdən gətirəcəyəm, Səni qərbdən toplayacağam. Şimala “ver” deyəcəyəm, Cənuba “saxlama” söyləyəcəyəm. Oğullarımı uzaqlardan, Qızlarımı dünyanın ucqar yerlərindən gətir. “Ey dönük övladlar, geri qayıdın” Rəbb belə bəyan edir. “Çünki ağanız Mənəm. Sizi bir-bir şəhərdən, iki-iki tayfadan çıxarıb Siona gətirəcəyəm. «Sürümün qalanlarını sürgün etdiyim bütün ölkələrdən yığıb-toplayacağam, onları yenə ağıllarına qaytaracağam və törəyib çoxalacaqlar. Çünki Rəbb bəyan edir: “Xalqım İsraili və Yəhudanı sürgündən qaytaracağım günlər yaxınlaşır. Onları atalarına verdiyim torpağa qaytaracağam və oranı mülk edəcəklər”. Bu, Rəbbin sözüdür.
Выбор основного перевода