Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sən belini qurşayıb qalx, sənə əmr edəcəyim bütün şeyləri onlara söylə. Onlardan qorxma, yoxsa Mən də səni onların önündə qorxuya salacağam. Budur, Mən bu gün səni bütün ölkənin – Yəhuda padşahlarının, bu yerin başçılarının, kahinlərinin və ölkə xalqının əleyhinə qalalı şəhər, dəmir sütun və tunc divar etdim. Buna görə də meşədən bir aslan çıxıb Onları öldürəcək, Səhradan qurd gəlib onları parçalayacaq, Şəhər kənarında bəbir pusqu quracaq, Şəhərdən çıxan hər adam parçalanacaq. Çünki çox üsyan etdilər, Dəfələrlə dönük oldular. Dəfələrlə büdrədilər, Bir-birlərinin üstünə yıxılıb dedilər: “Qalxın zalımların qılıncından qaçıb Öz xalqımızın yanına, Doğma vətənimizə qayıdaq”.
Выбор основного перевода