Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Padşah Sidqiya Malkiya oğlu Paşxuru və Maaseya oğlu Sefanyanı Yeremyanın yanına göndərəndə Rəbdən Yeremyaya söz nazil oldu. Paşxur ilə Sefanya belə demişdi: Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onların üzərinə qılınc, aclıq və vəba göndərəcəyəm. Onları pisliyinə görə yeməyə yararsız olan əzik əncirə döndərəcəyəm. Xaldey ordusu onları təqib edib Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahı Navuxodonosorun yanına gətirdilər. O, Sidqiya barədə hökm verdi. Keşikçilər rəisi Nevuzaradan şəhərdə sağ qalan xalqı, onun tərəfinə keçənləri – sağ qalan bütün əhalini Babilə sürgün etdi. Yeremya bütün xalqa özlərinin Allahı Rəbbin sözlərini, Onun Yeremya vasitəsilə onlara nazil etdiyi hər şeyi söyləməyi qurtaranda Xoşaya oğlu Azarya, Qareah oğlu Yoxanan və bütün dikbaş adamlar Yeremyaya dedi: «Sən yalan söyləyirsən. “Gedib Misirdə sakin olmayın” demək üçün Allahımız Rəbb səni bizim yanımıza göndərmədi. Ancaq Neriya oğlu Baruk səni bizə qarşı təhrik edir ki, Xaldeylilər bizi öldürsün yaxud da Babilə sürgün etsin». Qareah oğlu Yoxanan, bütün qoşun başçıları və xalq Rəbbin Yəhuda torpağında qalmaq əmrinə qulaq asmadı. Əksinə, Qareah oğlu Yoxanan və bütün qoşun başçıları sürgün olunduqları millətlərin arasından Yəhuda torpağında sakin olmaq üçün qayıdan Yəhudalıların qalanını – kişiləri, qadınları, uşaqları, padşahın qızlarını, keşikçilər rəisi Nevuzaradanın Şafan oğlu Axiqam oğlu Gedalyanın yanında qoyduğu hər kəsi, Yeremya peyğəmbəri və Neriya oğlu Baruku götürüb getdilər. Onlar Rəbbin sözünə qulaq asmayıb Misir torpağına getdi və Taxpanxesə çatdı. Taxpanxesdə Yeremyaya Rəbbin bu sözü nazil oldu: «Əlinə böyük daşlar al və onları Yəhuda kişilərinin gözü önündə Taxpanxesə firon sarayına girilən yerdə olan kərpic döşəmənin palçığında gizlət. Sonra onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən xəbər göndərib qulum Babil padşahı Navuxodonosoru gətirdəcəyəm və gizlətdiyim bu daşların üstündə onun taxtını quracağam. Padşah öz çadırını onların üstündə açacaq. O gəlib Misir ölkəsini məğlub edəcək. Ölüm üçün ayrılanlar ölümə, sürgün üçün ayrılanlar sürgünə, qılınc üçün ayrılanlar qılınca təslim ediləcək. Misir allahlarının məbədlərində od qalayacağam. Babil padşahı onları yandıracaq, bütləri alıb aparacaq. Bir çoban paltarını necə bitdən təmizləyirsə, o da Misir ölkəsini eləcə təmizləyəcək. Sonra oradan sağ-salamat çıxacaq. O, Misir torpağında Günəş allahının məbədinin dik daşlarını dağıdacaq, Misir allahlarının məbədlərini yandıracaq”». Misir ölkəsində, Miqdolda, Taxpanxesdə, Nofda yaşayan və Patros torpağında sakin olan bütün Yəhudalılar barədə Yeremyaya bu söz nazil oldu: «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yerusəlim və bütün Yəhuda şəhərləri üzərinə gətirdiyim bəlanın hamısını gördünüz. Etdikləri pislikdən ötrü o şəhərlər bu gün viran olmuş və sakinsiz qalmışdır. Onlar özlərinin, sizin və atalarının tanımadıqları başqa allahlara buxur yandırıb qulluq edərək Məni qəzəbləndirdi. Mən dəfələrlə qullarım olan peyğəmbərləri sizin yanınıza göndərib ‹Mənim nifrət etdiyim iyrənc işləri görməyin› dedim. Ancaq onlar eşitmədi, qulaq asmadı. Pisliklərindən dönmədilər, başqa allahlara buxur yandırmağı dayandırmadılar. Buna görə də qızğınlığım və qəzəbim daşıb-töküldü, Yəhuda şəhərlərində, Yerusəlim küçələrində od qaladı. Onlar bu gün olduğu kimi xaraba və viranə oldular”. İndi İsrailin Allahı – Ordular Allahı Rəbb belə deyir: “Kişinizi də, qadınınızı da, uşağınızı da, südəmərinizi də Yəhuda içində qırıb-çatacağam ki, sizdən heç kəs sağ qalmasın. Sakin olmaq üçün gəldiyiniz Misir torpağında əlinizlə düzəltdiyiniz başqa allahlara buxur yandırmaqla Məni qəzəbləndirdiniz. Beləcə öz başınıza fəlakət gətirirsiniz. Dünyanın bütün millətlərinin qarşısında lənət və rüsvayçılıq hədəfinə çevriləcəksiniz. Yəhuda ölkəsində, Yerusəlim küçələrində atalarınızın, Yəhuda padşahlarının, onların arvadlarının, sizin və arvadlarınızın etdikləri pislikləri unutdunuzmu? Bu günə qədər itaətkarlıq etmədilər, qorxmadılar, qanunuma, sizə və atalarınıza verdiyim qaydalara əməl etmədilər”. Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən sizə pislik edib bütün Yəhudalıları qırıb-çatmağı qərara aldım. Misirə gəlib sakin olmağı qərara alan Yəhudanın sağ qalanlarını aradan götürəcəyəm və onların hamısı Misir ölkəsində həlak olacaq. Qılıncdan keçiriləcək və aclıqdan tələf olacaqlar, böyükdən kiçiyə qədər qılınc və aclıqdan öləcəklər. Lənət, dəhşət, nifrin və rüsvayçılıq hədəfinə çevriləcəklər. Yerusəlimi qılınc, aclıq və vəba ilə necə cəzalandırdımsa, Misir torpağında yaşayanları da eləcə cəzalandıracağam. Sakin olmaq üçün Misir torpağına gələn Yəhudanın sağ qalanlarından heç kəs qaçıb qurtarmayacaq, heç kəs salamat qalıb Yəhuda torpağına qayıtmayacaq. Oraya qayıdıb sakin olmaq istəsələr də, bir neçə qaçqından başqa qayıdan olmayacaq”». Arvadlarının başqa allahlara buxur yandırdıqlarını bilən bütün kişilər, orada dayanan qadınlar – böyük bir camaat və Misir torpağında, Patrosda yaşayan bütün xalq Yeremyaya müraciət edib dedi: «Sənin bizə Rəbbin adı ilə söylədiyin sözə qulaq asmayacağıq. Dediyimiz hər şeyi mütləq edəcəyik: Göylər Mələkəsi ilahəyə buxur yandırıb içmə təqdimləri verəcəyik. Bir zamanlar bu işi biz, atalarımız, padşahlarımız və başçılarımız Yəhuda şəhərlərində, Yerusəlim küçələrində etdik. O zaman çörəklə doyur, uğur qazanır və heç bir zərər görmürdük. Göylər Mələkəsi ilahəyə buxur yandırmağı, ona içmə təqdimlər verməyi dayandırdığımız vaxtdan bəri hər şeyə möhtac olduq, qılınc və aclıqdan həlak oluruq». Qadınlar da dedi: «Biz Göylər Mələkəsi ilahəyə buxur yandırarkən, ona içmə təqdimləri verərkən məgər ərlərimizin xəbəri yox idi ki, onun təsvirinə oxşar kökələr düzəldib içmə təqdimləri veririk?» O zaman Yeremya kişilərə və qadınlara – ona bu cavabı vermiş bütün xalqa belə dedi: «Sizin, atalarınızın, padşahlarınızın, başçılarınızın və ölkə xalqının Yəhuda şəhərlərində və Yerusəlim küçələrində buxur yandırmağınızı Rəbb yadına salmadımı, ağlına gətirmədimi? Rəbb pis işlərinizə, etdiyiniz iyrənc şeylərə daha dözə bilmir. Ona görə də indi ölkəniz sakini olmayan xarabalığa, viranəliyə və lənət hədəfinə çevrildi. Siz buxur yandırıb Rəbbə qarşı günah etdiniz, Rəbbin sözünə qulaq asmadınız, qanununa, qaydalarına və göstərişlərinə əməl etmədiniz. Buna görə də bu gün başınıza bu fəlakət gəldi». Yeremya qadınlar da daxil olmaqla bütün xalqa dedi: «Ey Misirdə olan bütün Yəhuda xalqı, Rəbbin sözünə qulaq asın. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Göylər Mələkəsi ilahəyə buxur yandırıb içmə təqdimləri gətirməklə verdiyimiz vədi mütləq yerinə yetirəcəyik” deyərək siz və arvadlarınız dilinizlə dediyinizi öz əlinizlə yerinə yetirdiniz. Eybi yox, verdiyiniz sözə əməl edin və vədlərinizi yerinə yetirin. Ey Misir torpağında yaşayan bütün Yəhuda xalqı, bu işlərə görə Rəbbin sözünü eşidin: “Mən Öz böyük adıma and içdim ki, bir daha Misir torpağında heç bir Yəhudalı şəxs ‹var olan Xudavənd Rəbbin haqqına and olsun› deyib Mənim adımı çəkməyəcək. İndi Mən onlara yaxşılıq etmək üçün deyil, pislik etmək üçün məqam gözləyirəm. Misir torpağında olan bütün Yəhudalılar yox olana qədər qılınc və aclıqdan həlak olacaq. Az sayda adam qılıncdan qurtarıb Misir torpağından Yəhuda torpağına qayıdacaq. Misir torpağına sakin olmağa gələn Yəhuda xalqından sağ qalanların hamısı o zaman biləcək ki, kimin sözü yerinə yetdi, Mənimki yoxsa onlarınkı? Mən sizi bu yerdə cəzalandıracağam ki, başınıza bəla gələcəyi barədə sözlərimin mütləq yerinə yetəcəyini biləsiniz” Rəbb belə bəyan edir. “Bunun əlaməti belə olacaq”. Rəbb belə deyir: “Yəhuda padşahı Sidqiyanı canını almaq istəyən düşməni Babil padşahı Navuxodonosora necə təslim etdimsə, Misir padşahı firon Xofranı da canını almaq istəyən düşmənlərinə eləcə təslim edəcəyəm”».
Выбор основного перевода