Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Oyan, oyan, qalx ayağa, ey Yerusəlim! Sən ki Rəbbin əlindən Qəzəb kasasını alıb içdin. Sərxoşluq kasasını axıra qədər boşaltdın. Buna görə də, ey yaralı Yerusəlim, Şərabsız sərxoş xalq, bunu eşit! Qəzəb içində xalqları tapdaladım, Qeyzimi onlara içirtdim, Qanlarını yerə axıtdım». onlara söylə ki, ey Yəhuda padşahları, Yəhuda və Yerusəlimin bütün əhalisi, bu darvazalardan girənlər, Rəbbin sözünə qulaq asın. O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq». ey Davudun taxtı üzərində oturan Yəhuda padşahı, ey bu darvazalardan girən əyanlarla xalq, Rəbbin sözünü eşidin. Bəli, İsrailin Allahı Rəbb mənə belə dedi: «Budur, qəzəbimlə dolu bir şərab kasası! Onu əlimdən al və səni yanına göndərəcəyim bütün millətlərə içirt. Onlar içən kimi səndələyəcəklər, üstlərinə göndərəcəyim qılıncın qorxusundan ağılları çaşacaq». Onda mən kasanı Rəbbin əlindən aldım və Onun məni yanlarına göndərdiyi bütün millətlərə içirtdim. Kasadan bunlar içdi: indiki kimi viranəliyə, dəhşətə, rişxənd hədəfinə və lənətə düçar olsunlar deyə Yerusəlim əhalisi, Yəhuda şəhərləri, padşahları və başçıları, «Sən onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “İçib sərxoş olun, sonra qusun, üstünüzə göndərəcəyim qılıncla vurulub-yıxılın və bir daha ayağa qalxmayın”. Babil Rəbbin əlində bir qızıl kasa idi, Bütün dünyanı sərxoş edirdi. Millətlər onun şərabını içdi, Ona görə də çılğınlaşdı. Sərxoşluq və kədərlə dolacaqsan. Bacın Samariyanın kasası Dəhşət və viranəlik kasasıdır.
Выбор основного перевода