Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik». Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu. Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi. Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi. O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!» Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı». Əgər qaydalarımla yaşayıb əmrlərimə səylə əməl etsəniz, Mən həm də aranızda yaşayıb sizin Allahınız olacağam, siz isə Mənim xalqım olacaqsınız. Sizə gəldikdə isə, Rəbb sizi götürüb dəmirəridən soba içindən – Misirdən çıxarıb ki, bugünkü kimi Ona məxsus xalq olasınız. Çünki onlar Sənin xalqın, Sənin irsindir, Sən onları Misirdən, dəmir kürənin içindən çıxartmısan. Çünki atalarınızı Misir torpağından çıxaran vaxt yandırma qurbanı və başqa qurban barədə onlara əmr etmədim və bir söz demədim. Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›. Onlara ürək verəcəyəm ki, Mənim Rəbb olduğumu bilsinlər. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam, çünki onlar bütün qəlbləri ilə Mənə üz tutacaq”.
Выбор основного перевода