Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10
Параллельные места
Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları, Artaxşastanın padşahlığı zamanı mənimlə bərabər Babildən gələn və adları qeyd edilmiş nəsil başçıları bunlardır: Pinxas övladlarından Gerşom, İtamar övladlarından Daniel, Davud övladlarından Xattuş, Şekanya nəslindən, Paroş övladlarından, Zəkəriyyə və onunla bir nəsildən qeydə alınan yüz əlli kişi. Paxat-Moav övladlarından Zerahya oğlu Elyehoenay və onunla bərabər iki yüz kişi. Şekanya övladlarından Yaxazielin oğlu və onunla bərabər üç yüz kişi. Adin övladlarından Yonatan oğlu Eved və onunla bərabər əlli kişi. Elam övladlarından Atalya oğlu Yeşaya və onunla bərabər yetmiş kişi. Şefatya övladlarından Mikael oğlu Zevadya və onunla bərabər səksən kişi. Yoav övladlarından Yexiel oğlu Avdiya və onunla bərabər iki yüz on səkkiz kişi. Şelomit övladlarından Yosifyanın oğlu və onunla bərabər yüz altmış kişi. Bevay övladlarından Bevay oğlu Zəkəriyyə və onunla bərabər iyirmi səkkiz kişi. Azqad övladlarından Haqqatan oğlu Yoxanan və onunla bərabər yüz on kişi. Adoniqamın Elifelet, Yeiel, Şemaya adlı sonuncu oğulları və onlarla bərabər altmış kişi. Biqvay övladlarından Utay, Zakkur və onlarla bərabər yetmiş kişi. Onları Ahavaya tərəf axan çayın yanına yığdım və üç gün orada qaldıq. Mən orada xalqla kahinləri yoxladım, lakin orada Levi övladlarından heç kimi tapa bilmədim. Başçılardan Eliezeri, Arieli, Şemayanı, Elnatanı, Yarivi, Elnatanı, Natanı, Zəkəriyyəni, Meşullamı, savadlılardan Yoyarivi və Elnatanı çağırtdırdım. Sonra onları Kasifya deyilən yerdə başçılıq edən İddonun yanına göndərdim. Allahımızın məbədinə xidmət edən adamları bizə gətirmək üçün Kasifya deyilən yerdə İddoya və məbəd qulluqçuları olan qardaşlarına nə deyəcəklərini öyrətdim. Allahımızın mərhəmətli əli üzərimizdə olduğuna görə İsrail oğlu Levi oğlu Maxli övladlarından zəkalı bir adam olan Şerevya ilə oğulları və soydaşlarından on səkkiz nəfəri, Haşavyanı, onunla bərabər Merari övladlarından Yeşayanı və qardaşları ilə onların övladlarından iyirmi nəfəri, Levililərə kömək etmək üçün Davudla başçılarının təyin etdikləri məbəd qulluqçularından iki yüz iyirmi nəfəri bizə gətirdilər. Onların hamısı adbaad qeyd olunmuşdu.
Выбор основного перевода