Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10
Параллельные места
Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı yar olsun! Qoy onlar Yəhudanın Yerusəlim şəhərinə qalxsın və İsrailin Allahı Rəbbin məbədini tiksinlər. Yerusəlimdə səcdə qılınan Allah Odur. Padşaha məlum olsun ki, sizin yanınızdan qayıdan Yəhudilər bizim yanımıza – Yerusəlimə gəlib bu pis, üsyankar şəhəri bərpa edirlər. Divarları hörüb qurtardılar və binaların təməlini bərpa etdilər. O zaman oranın ağsaqqallarından soruşub belə dedik: “Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?” Ona görə Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları – Fərat çayının qərb torpaqlarındakı məmurlar qoy indi oradan uzaqlaşsın, O zaman Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları padşah Daranın göndərdiyi bu əmri alan kimi ona əməl etdilər.
Выбор основного перевода