Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10
Параллельные места
Padşahın, məsləhətçilərinin, rəislərinin və orada olan bütün İsraillilərin Allahımızın məbədi üçün təqdim etdikləri qızıl və gümüşlə bərabər əşyaları da çəkib onlara verdim. Onların əlinə altı yüz əlli talant gümüş, yüz talant gümüş əşya, yüz talant qızıl, min dariklik dəyəri olan iyirmi qızıl boşqab və qızıl qədər qiymətli olan parlaq misdən iki gözəl qabı da çəkib verdim. Onlara dedim: «Siz Rəbbin müqəddəslərisiniz, bu əşyalar da müqəddəsdir. Bu qızılla gümüş atalarınızın Allahı Rəbbə edilən könüllü təqdimdir. Diqqətli olun! Onları kahinlərin rəhbərləri, Levililər və İsrailin nəsil başçıları qarşısında Yerusəlimdəki Rəbbin məbədinin otaqlarında çəkib təhvil verənə qədər qoruyun». Kahinlərlə Levililər çəkilmiş qızıl və gümüşlə qabları Yerusəlimə, Allahımızın məbədinə aparmaq üçün götürdülər. Yerusəlimə getmək üçün Ahava çayı sahilindən birinci ayın on ikinci günü köçdük. Allahımızın əli üzərimizdə idi və bizi düşmənin əlindən, yolumuzdakı pusqulardan qurtardı. Biz Yerusəlimə çatıb orada üç gün qaldıq. Dördüncü gün isə Allahımızın məbədində qızıl-gümüş əşyaları çəkib kahin Uriyanın oğlu Meremotun əlinə verdik. Pinxas oğlu Eleazar, habelə Levililərdən olan Yeşua oğlu Yozavad və Binnuy oğlu Noadya da onunla idi. Əşyaların hamısı sayla, çəki ilə təhvil veriləndə bütün çəki miqdarı yazıldı. Xalqın sağ qalanlarının verdikləri 20 000 darik qızıl, 2000 mina gümüş, 67 kahin cübbəsi idi. Kim danışırsa, Allahın sözlərini danışan kimi danışsın. Kim xidmət edirsə, Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə İsa Məsih vasitəsilə izzətlənəcək. İzzət və qüdrət əbədi olaraq İsa Məsihindir. Amin! Amma kim Allahı sevirsə, Allah onun haqqında hər şeyi bilir.
Выбор основного перевода