Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10
Параллельные места
Kir haqqında “o, çobanımdır, Xoşuma gələnlərin hamısını həyata keçirəcək”, Yerusəlim haqqında “yenidən qurulacaq”, Məbəd haqqında “təməlin qoyulacaq” deyən Rəbb Mənəm». Rəbb məsh etdiyi adama – Sağ əlindən tutduğu Kirə belə deyir. Onun önündə millətləri baş əydirəcəyəm, Padşahları qüdrətindən məhrum edəcəyəm, Önündə qapıları açacağam, Darvazalar onun qarşısında bir daha bağlanmayacaq. Rəbb deyir: Dünyanı da, yer üzündə yaşayan adamı da Mən yaratdım. Mənim əllərim göyləri yaydı, Əmrimlə səma cisimləri quruldu. Mən Kiri ədalətlə hərəkət etməyə vadar etdim. Yollarını dürüst edəcəyəm. O, şəhərimi tikəcək, Sürgün olunmuş adamlarımı Fidyəsiz, bəxşişsiz azad edəcək». Bunu Ordular Rəbbi deyir.
1 2 3 4 5 6 7 8 9 10
Выбор основного перевода