Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10
Параллельные места
O, Axavın adından məktublar yazdı və onları Axavın möhürü ilə möhürlədi. Navotun şəhərində onunla birgə yaşayan ağsaqqallara və əyanlara məktublar göndərdi. Birinci ayın on üçüncü günündə padşahın mirzələri çağırıldı. Hamanın əmri hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazılaraq canişinlərə, bütün vilayətlərin valilərinə və xalqların rəislərinə göndərildi. Bu əmr padşah Axaşveroşun adı ilə yazıldı və padşahın möhürlü üzüyü ilə möhürləndi. On ikinci ay olan Adar ayının on üçündə bütün Yəhudiləri – gəncləri, qocaları, körpə uşaqları və qadınları bir gündə qıraraq məhv edib kökünü kəsmək və mallarını talan etmək üçün qasidlərlə bütün vilayətlərə məktublar göndərildi.
Выбор основного перевода