Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10
Параллельные места
Padşah ona dedi: «Mələkə Ester, sənə nə olub? İstəyin nədir? Padşahlığın yarısını belə, istəsən, verəcəyəm». İkinci gün şərab içiləndə padşah yenə Esterə dedi: «Mələkə Ester, nə istəyirsən? De, sənə verim! Arzun nədir? Padşahlığımın yarısını belə, istəsən, verəcəyəm». Padşah mələkə Esterə dedi: «Yəhudilər Şuşan qalasında beş yüz nəfəri və Hamanın on oğlunu öldürüb yox etdilər. İndi gör padşahın digər vilayətlərində nə ediblər! Yenə nə istəyin var? Sənə veriləcək. Nə arzun var? Yerinə yetiriləcək».
Выбор основного перевода